“Ford” yeni nəsil pikapını təqdim edib – FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Ford” şirkəti yeni nəsil “Ranger” pikapını təqdim edib.


İndex.az xəbər verir ki, verilən məlumata görə, avtomobilin təkər bazası 50 mm artırılaraq 3276 mm-ə çatdırılıb. Pikapın ümumi ölçüləri hələ açıqlanmayıb.

Salonda cihazların virtual modeli və SYNC4 multimedia kompleksinin düzbucaqlı şaquli displeyi quraşdırılıb (10.1 və ya 12 düym ekran seçimləri mövcuddur). Avtomobilin əsas texniki dəyişikliyi yeni 3.0 litrlik “V6” dizel mühərrikidir.

Yeni “Ford Ranger” növbəti nəsil “Volkswagen Amarok”un texniki “donoru” olacaq. Xatırladaq ki, 2019-cu ilin əvvəlində “Volkswagen AG” və “Ford” qlobal əməkdaşlığa dair razılığa gəliblər ki, bunun çərçivəsində tərəfdaşlar birgə yüngül kommersiya, həmçinin yolsuzluq avtomobilləri və pikaplar istehsal edəcəklər.

Yeni “Ranger” iki qapılı və dörd qapılı versiyalarda təqdim olunacaq. Avtomobil Tailand və Cənubi Afrikada istehsal olunacaq. Cənub-Şərqi Asiya və Cənubi Afrikada istehsal yaxın bir neçə ay ərzində başlayacaq, 2022-ci ilin sonunda isə model Avropaya, Şimali Amerikaya və digər ölkələrə çatdırılacaq.




Mənbə - Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT