Image description

Dövlət Gömrük Komitəsi (DGK) "Smart Customs" tətbiqində və "e.customs.gov.az" saytındakı nasazlığı tam aradan qaldırıb.

İndex.az xəbər verir ki, bunu Trend-ə DGK-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl həm tətbiqin, həm də saytın işində nasazlıq müşahidə olunmuşdu: "Mütəxəssislər müvafiq addımlar atıb və hazırda problem tam həll olunub".