Səfər Mehdiyev: “DGK bu il büdcə öhdəliyini 110-111 % yerinə yetirəcək”

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Hər il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün illik büdcə öhdəliyi müəyyən edilir. Komitə üçün 2021-ci ildə 3 milyard 900 milyon manat büdcə proqnozu müəyyənləşdirilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev AZERTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 faiz yerinə yetirilib: “Məlum olduğu kimi, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır”.

O bildirib ki, idxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə DGK üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 faiz yerinə yetirilməsi gözlənilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT