Komitə gömrükdə tutulan qızılları 2-3 qat ucuzuna satır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabr ayının 26-da Dövlət Gömrük Komitəsi (DGK) müsadirə olunan malları hərrac vasitəsilə satışa çıxaracaq (https://customs.gov.az/az/faydali/gomruk-herraci/).

İndex.az Yeniavaz-a istinadən xəbər verir ki, bu dəfə hərraca çıxarılan mallar arasında qiymətli metallar və daşlar, o cümlədən qiymətli metallar və daşlardan hazırlanan bəzək əşyaları da yer alır.

Məlumat üçün bildirək ki, hərraclar Dövlət Gömrük Komitəsinin tabeçiliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyi tərəfindən həyata keçirilir. Bu qurum 1995-ci ildən fəaliyyət göstərir və qurumun rəhbəri Mehdiyeva Leyla Əkbər qızıdır.
Bildirilir ki, hərrac vasitəsilə satışa çıxarılan malların ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.

Lakin qeyd edək ki, 26 noyabr 2021-ci il tarixində keçiriləcək hərracda satışa çıxarılacaq qiymətli metaldan (qızıl) hazırlanan malların (üzük, boyunbağı, qolbaq və s.) satış qiyməti bazar qiymətlərindən təxminən 2 dəfə ucuzdur.

Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının bugünə - 19 noyabr 2021-ci il tarixinə olan rəsmi məlumata (https://www.cbar.az/currency/rates) görə qızılın 1 qramının qiyməti 102 manat müəyyən olunub. Onu da bildirək ki, bu rəqəm qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir.
26 noyabr tarixində keçiriləcək hərracda satılacaq malların tam siyahısını təqdim edirik:


ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT