Bu ölkədə koronavirusa görə tam qapanma elan olundu

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar Avstriyada tam qapanma (lockdown) elan olunub.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərarı Avstriya Kansleri Aleksandr Şallenberq mətbuat konfransında elan edib.

Bundan əlavə bildirlib ki, ölkədə gələn ilin fevralından etibarən peyvənd olunmaq məcburi olacaq.

İnfeksiyaya yoluxmanın qarşısını almaq üçün Avstriyanın doqquz federal əyaləti noyabrın 22-dən etibarən məhdudiyyətlərin tətbiqinə razılaşıb.

"Kronen Zeitung" qəzeti mətbuat konfransından əvvəl bildirib ki, qapanma 10 gün davam edəcək. "Reuters" isə ehtiyac olarsa, məhdudiyyətlərin 20 günə qədər davam edəcəyini yazıb.

Daha əvvəl Avstriya bu məhdudiyyətləri əhalinin yalnız peyvənd olunmamış hissəsinə tətbiq etsə də gözlənilən nəticəyə nail olmayıb.

Avstriya hazırda pandemiyanın dördüncü dalğası ilə üzləşib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT