Ölkədəki klubların büdcəsi azaldılır, maaşlar kəsilir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda həndbol ciddi tənəzzülə uğrayır: uşaq və gənclərdən ibarət komandalar çox azdır, idmanla məşğul olmaq üçün elementar şərait yoxdur.

İndex.az xəbər verir ki, bu barədə “Məhsul” klubunun keçmiş oyunçularından biri Teymur Axundov Media.Az-a Azərbaycanda həndbolun acınacaqlı vəziyyətindən və bunun səbəbləri barədə danışarkən bildirib.

Ölkədəki klubların büdcəsi azaldılır, maaşlar kəsilir

Onun sözlərinə görə, vəziyyət o həddədir ki, hətta inventar və geyim formasının kəskin çatışmazlığı var.

“İş o yerə çatdı ki, həndbolçulara cəmi bir dəst verilirdi. Hətta bir dəfə matç zamanı köynək cırılıb, onu isə “skotç”la bağlayıblar! Bundan əlavə, bu idman növünün kütləviləşməsi tamamilə yox dərəcəsindədir, təlim-məşq toplanışları keçirilmir, səfərlər təşkil edilmir”, - deyə müsahib əlavə edib.

Axundov bildirib ki, Azərbaycan həndbolunun problemlərinin həlli üçün mediada da müzakirələr aparılıb, amma bu Federasiyanın mövcud qanunsuzluqdan narazı olanların hamısını diskvalifikasiya etməsi ilə nəticələnib.

“Bu vəziyyətdən çıxış yoludurmu? Federasiya bu cür davranmalıdır? Əgər çıxış yolunu böyüklər olan oyunçuların əksəriyyətinin diskvalifikasiyasında görürlərsə, ümumiyyətlə hansı inkişafdan danışmaq olar?”, – deyə Axundov narazılıqla bildirib.

Keçmiş oyunçunun sözlərinə görə, narazı idmançılar həndbolla bağlı vəziyyəti yaxşılaşdırmağa, oyunu həm paytaxtda, həm də bölgələrdə geniş təbliğ etməyə çalışırlar:

“Biz istəyirik ki, beynəlxalq yarışlarda iştirak edə bilək, Azərbaycan bayrağını yüksəklərə qaldıraq. Amma reallıqda hər il klubların büdcəsi azaldılır, maaşlar kəsilir, 25-30 yaşlı futbolçulara peşəkar karyera üçün artıq çox qoca olduqları bildirilir”.

Azərbaycan millisinin və “Bakı” klubunun sabiq oyunçusu Elşad Məmmədyarov isə Media.Az-a mövcud məsələ ilə bağlı münasibət bildirərkən həndbolla bağlı vəziyyətin 2019-cu ildən pisləşməyə başladığını deyib.

“Federasiya ölkədə onsuz da populyar olmayan idman növünün təbliği ilə bağlı işi dayandırıb. Komandaların büdcəsində fırıldaq edilib, xaricə səfərlər kəskin azalıb, aparılan siyasətdən narazı qalan bir çox legionerlər gedib”.

Məmmədyarovun fikrincə Azərbaycanda həndbol bu gün bir sıra problemlərlə üzləşsə də, bunlardan ikisi daha vacibdir.

“Birincisi, oyun çatışmazlığı var. İdmançılar üçün yoldaşlıq görüşlərinin, müxtəlif turnirlərin keçirilməsi çox vacibdir. Oyunçular daim öz bacarıqlarını təkmilləşdirməli, yeni təcrübə qazanmalıdırlar və bu, təcrübə tələb edir. İkincisi, uşaq-gənclər məktəblərində böyük problemlər olduğu üçün idman rəqabətini tətbiq etməyə qadir gənc nəsil yoxdur”.

Onun sözlərinə görə, hətta o yerə çatıb ki, idmançılar həndbol üçün uyğunlaşdırılmamış idman zalında məşq etməyə məcbur olublar, amma bundan da pisi, onların sadəcə dinlənmək istənməmələridir.

“Bizi böhtanda ittiham edirlər. Son iki ildə 25-ə yaxın həndbolçunun Federasiya tərəfindən diskvalifikasiya edilməsi hansısa müqavilə şərtləri ilə əlaqələndirilib. Halbuki yerli həndbolçuların heç biri bu müqavilələri heç vaxt görməyib”, - deyə o, sözlərini yekunlaşdırıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT