Gürcüstanın Azərbaycandan neft idxalı 23% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 113 176,47 min ABŞ dolları dəyərində 204 179,31 ton neft idxal edib.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilir ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 62 203,6 min dollar və ya 2,22 dəfə, həcmi isə 37 045,49 ton və ya 22,6% artıb. Belə ki, ötən il Gürcüstan Azərbaycandan 50 972,87 min dollar dəyərində 167 133,82 ton neft idxal edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT