Gürcüstandan Azərbaycana nə qədər avtomobil gətirilib?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 207 066,40 min ABŞ dolları dəyərində 31 696 avtomobil ixrac edib.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, illik ifadədə avtomobil ixracının dəyəri 16 257,43 min dollar və ya 8,52%, sayı isə 12 450 vahid və ya 64,68% artıb. Belə ki, ötən il Gürcüstan Azərbaycana 190 809,06 min dollar dəyərində 19 246 avtomobil ixrac edib.

Cari ilin ilk 10 ayında Gürcüstanın avtomobil ixracı illik müqayisədə 11,2% artaraq 373 289,6 min. dollar təşkil edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT