Avropada təbii qaz 1100 dollar civarında satılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1100 ABŞ dolları civarında ticarət olunur.

İndex.az "APA-Economics"ə istinadən xəbər verir ki, 19 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti hərracların açılışından sonra ilk 40 dəqiqə ərzində 1 111 dollara çatıb. Lakın sonra qeyd olunan göstərici 1 058,5 dollaradək enib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,6% azdır.

Qeyd edək ki, son beş ticarət günü ərzində TTF bazasında qazın fyuçers qiymətləri 25% artaraq 1 121,8 dollaradək yüksəlib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT