Türk lirəsi manat qarşısında 10%-dən çox ucuzlaşıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türk lirəsinin manat qarşısında dəyəri ucuzlaşmaqda davam edir.

İndex.az xəbər verir ki, bu gün etibarilə Türkiyənin milli pul vahidinin Azərbaycan manatı qarşısındakı dəyəri 0,1528 lirə olaraq növbəti antirekordu təşkil edib.

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi sutka ərzində 2,4 faiz azalıb.​ Bu, tarixi minimum hesab edilir.

Son bir həftə ərzində lirə manat qarşısında davamlı olaraq dəyər itirib və onun manat qarşısında rəsmi məzənnəsi həftəlik 10,4 faiz azalıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT