Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 892 123,5 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 126 091,2 min dollar və ya 16,5% çoxdur.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 448 743,6 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 11,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 21,6% artaraq 443 379,9 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk on ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 5 363,7 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 6,9 dəfə azdır. Belə ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarətdə 36 834,5 min dollarlıq mənfi saldo olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT