Dünyada ən çox istifadə edilən - ŞİFRƏLƏR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dünyanın 50 ölkəsini əhatə edən araşdırmalar zamanı 200 ən çox istifadə edilən şifrənin siyahısı hazırlanıb.

İndex.az xəbər verir ki, bu barədə “NordPass” nəşri hesabat açıqlayıb.

Bu siyahıda ilk yeri “123456” şifrəsi tutur. Belə ki, bu şifrədən 103 milyon 170 min 552 istifadəçi istifadə edib. İlk 3-lükdə digər yerləri 46 milyon 027 min 530 istifadəçi ilə “123456789” və 32 milyon 955 min 431 istifadəçi ilə “12345” şifrələri tutur.

Siyahıda sonuncu yerdə isə 290 min 395 istifadəçi sayı ilə “xxx” şifrəsi dayanır.

Qeyd edək ki, şifrələrin siyahısı kibertəhlükəsizlik insidentlərinin tədqiqi üzrə ixtisaslaşmış müstəqil tədqiqatçılarla birgə tərtib edilib. Onlar 4 TB məlumat bazasını analiz ediblər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT