“Apple” sükansız və pedalsız elektromobil buraxacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Apple” 2025-ci ilə qədər sükansız və pedalsız elektromobil buraxacaq.

İndex.az xəbər verir ki, şirkət istehsalı sürətləndirmək və pilotsuz avtomobillərin buraxılması layihəsinə “yeni istiqamət vermək” istəyir.

Layihəyə sentyabr ayında pilotsuz avtomobillərin istehsalı bölməsinə rəhbər təyin olunmuş Kevin Linç nəzarət edəcək. “Apple” ilk avtomobili üçün çip üzərində əsas işləri artıq başa çatdırıb.

Şirkət əlsiz idarə oluna biləcək avtomobil yaratmaq istəyir. Salonun mərkəzində sərnişinlər üçün “iPad”a bənzər planşet quraşdırılacaq. “Apple” interyer dizaynı üçün “Lifestyle” üslubunu nəzərdən keçirir.


Korporasiya öz avtomobillərini “Waymo” və “Tesla”dan daha təhlükəsiz etməyi planlaşdırır. Eyni zamanda onun maşınları dünyanın bütün şarj cihazlarına uyğun gələcək.

Avtomobil istehsalına başlamaq üçün “Apple” özünə tərəfdaş tapmalıdır. Şirkət bir neçə istehsalçı ilə danışıqlar aparıb və yeni biznesini ABŞ-da qurması planlaşdırır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT