19 bankın qeyri-faiz gəlirləri artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Bank of Baku”, “Premium Bank”, “Naxçıvan Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “Xalq Bank”da (62,5%), ən az azalma isə “Access Bank”da (0,7%) qeydə alınıb.

Qalan 19 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (3 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (2,9%) qeydə alınıb.

6 bankın 9 aylıq qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (211, milyon 538 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (129 milyon 116 min manat), “PAŞA Bank” (91 milyon 343 min manat), “Unibank” (28 milyon 878 min manat), “Muğan Bank” (22 milyon 57 min manat) və “Rabitəbank” (20 milyon 706 min manat) ASC-lərdir.

Qalan 20 bankdan 4-də qeyri-faiz gəlirləri 10-20 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.



Mənbə - Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT