Ölkədə avtomobillərin istehsalı 24% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1862 ədəd minik avtomobili istehsal edilib.

İndex.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 24,4% artıb.

Yanvarda 96, fevralda 120, martda 192, apreldə 100, mayda 145, iyunda 142, iyulda 145, avqustda 274, sentyabrda 246, oktyarda 346 ədəd avtomobil istehsal edilib. Beləliklə, oktyabrda avtomobil istehsalı 2021-ci ilin əvvəlindən rekord səviyyədə olub.

1 noyabr 2021-ci il tarixinə anbarlarda 365 ədəd minik avtomobili var.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 581 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin 10 ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

Noyabrın 1-nə anbarlarda 36 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanda 1,949 min ədəd avtomobil istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 17,4% azdır. Ötən il respublikada 300 ədəd müxtəlif təyinatlı traktor (azalma 66,9%) istehsal edilib. İstehsalın azalması COVID-19 səbəbindən müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması ilə şərtlənib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT