Dünyadakı elektromobillərin 60 %-ə yaxını Çində yığılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin 9 ayında dünyada 2,9 milyon elektrikli avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb.

Şirkətin hesablamalarına görə kommersiya nəqliyyatı, Yaxın Şərq, Mərkəzi Asiya və Latın Amerika regionlarının bir hissəsindəki satışlar daxil edilməyib. Beləliklə qlobal avtomobil bazarında elektromobillərin payı 5,8%-ə çatıb.

Dünyanın ən iri avtomobil bazarı olan Çində bu il satılan elektromobillərin 45%-i yerli istehsalçıların payına düşüb. Hesabat dövründə onların qlobal satışlarda payı 15% olub. Dünya üzrə elektrikli avtomobillərin 60%-ə yaxını Çində yığılıb. Bu ölkədə istehsalı olan şirkətlərə “Tesla”, “Volvo”, “Polestar” və “BMW” aiddir. Yaxın vaxtlarda “Volkswagen” və “Mercedes-Benz” də onlara qoşulacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT