Koronavirusa yoluxanların bu günə olan statistikası

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 124 yeni yoluxma faktı qeydə alınıb, 2 669 nəfər müalicə olunaraq sağalıb.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddət ərzində isə ümumilikdə 5 405 244 test aparılıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT