“Hyundai” yeni elektrikli krossoverini təqdim etdi – FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Hyundai” şirkəti yeni elektrikli “Seven” krossoverini təqdim edib. Avtopilot sistemlə təchiz edilmiş bu avtomobil “E-GMP” platforması əsasında qurulub, dizayn baxımdan isə şirkətin digər modelləri “Ioniq” və “Ioniq 5” modellərinə bənzəyir.


“Seven” krossoverində oturacaqlar üç sırada düzülüb. Avtomobilin salonu təkrar emal edilmiş materiallarla işlənilib.

Elektromobil həmçinin inteqrasiya olunmuş soyuducuya və ayaqqabıların saxlanılması üçün ayrıca bölməyə malikdir. “Hyundai Seven” həmçinin “Hygiene Airflow System” hava təmizləmə sistemi ilə təchiz edilib.

Bildirilir ki, “Ioniq 7” krossoveri 2025-ci ildən sonra buraxılacaq.






Mənbə - Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT