Qəzalı yataqxanaların təmirinə başlanıldı - VİDEO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Baku TV bir müddət öncə Gəncə şəhərində sovet dönəmindən qalan yataqxanaların yararsız vəziyyətdə olması ilə bağlı xüsusi reportaj hazırlamışdı. Məhz o reportajdan sonra aidiyyəti qurumlar hərəkətə keçib və yataqxanaların ilkin təmir işlərinə başlanılıb. Təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq.

İlkin olaraq əsas ehtiyac duyulan istiqamətlər üzrə bərpa işləri görüləcək. Əvvəl binaların daxili, sonra xaricində təmir işləri həyata keçiriləcək.

Rəsmi statistikaya görə, bu gün ölkənin ikinci böyük şəhərində 19 yataqxana mövcuddur. Bu binaların əksəriyyəti ötən əsrin ortalarında inşa edilib. Belə tikililərdə təxminən 5 mindən artıq sakin yaşayır. 1997-ci ildə iri müəssisələrin özəlləşməyə getməsindən sonra yataqxanalar Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin balansına verilib.

Ətraflı süjeti təqdim edirik:

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT