Avropada qazın qiyməti  1100 dollardan aşağı endi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı düşüb.

İndex.az xəbər verir ki, 18 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 072 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,4% azdır.

Qeyd edək ki, son dörd ticarət günü ərzində TTF bazasında qazın fyuçers qiymətləri 25% artaraq 1 110 dollaradək yüksəlib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT