Bu bankların faiz gəlirləri azalıb - RENKİNQ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

İndex.az Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Bank BTB”, “Muğan Bank”, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “AFB Bank”da (39,7%), ən az azalma isə “Azər-Türk Bank”da (1,1%) qeydə alınıb.

Qalan 17 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (75,4%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,4%) qeydə alınıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT