İlon Mask satdığı “Tesla” səhmlərindən 8,8 milyard dollar qazanıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İlon Mask “Tesla”nın daha 973 milyon dollarlıq səhmini satıb. Milyarder artıq yeddinci ticarət günüdür ki, davam edən satışdan 8,8 milyard dollar toplayıb.

Mask “Tesla”nın 10%-dən qurtulacağına dair verdiyi vədi demək olar ki, yarısı yerinə yetirib. 10 faiz həddinə çatmaq üçün isə o, təxminən 17 milyon “Tesla” səhmini satmalıdır. Hazırda o, demək olar ki, 8,2 milyon səhmindən azad olub.

Xatırladaq ki, noyabrın 6-da dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib. O, 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sual ünvanlayıb.

Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. Sorğuda iştirak edənlərin 57,9 faizi Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT