Varlı şəxslərin üçdə biri pullarını kriptovalyutaya yatıırır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Deloitte, Raffles Family Office, Royal Bank of Canada və Campden Wealth-in çərşənbə günü ortaq olaraq yaydıqları araşdırma hesabatına görə, ultra varlı ailələrin Şimal Amerikadakı sərmayə ofislərinin üçdə biri kriptovalyutalara sərmayə yatırır.

İndex.az xəbər verir ki, qlobal olaraq 385 şirkət arasında keçirilmiş sorğuya görə, 2020-ci ildə kriptovalyuta sərmayələrindən əldə edilən orta xalis gəlirlilik 40% olub.

Sorğuda iştirak edənlərin dörddə biri Bitcoin mövqelərini artırmağı planlaşdırdıqlarını bildirib.

Londondakı "Campden Wealth"in Araşdırma Direktoru Rebecca Gooch, "Varlı ailələrin sərmayələrini idarə edən ofislər yavaş-yavaş kriptovalyuta sərmayəsinə başladı" deyib.

Kriptovalyuta bazarlarındakı böyük qiymət dalğalanmalarına baxmayaraq sərmayə ofisləri kriptovalyutalara sərmayə qoymağa davam edib və hətta bəziləri kriptovalyutaları inflyasiyaya qarşı yaxşı bir hedc olaraq görməyə başlayıb.



Mənbə - Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT