“Silk Way West Airline” faizli borcun tam cəlbindən imtina edir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Regionun ən böyük hava yük daşıyıcı şirkətlərindən biri olan “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airline) emissiya etdiyi istiqrazlarla bağlı Mərkəzi Banka sonradan müraciət edib.

İndex.az xəbər verir ki, Banker.az-ın əldə etdiyi sənəddəki qeydə əsasən, “Silk Way Holding”in törəməsi bir hərracla 10 milyon ABŞ dolları cəlbi ilə kifayətlənəcək.

Belə ki, aviaşirkət 27 oktyabrda hər biri 1000 dollar nominal dəyərə sahib olan 25 min ədədlik istiqrazların sayını 10 minə qədər endirilməsini xahiş edib.

Maliyyə bazarlarının requlyatoru Mərkəzi Bank da bu nəzərə alınıb.

Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” bu həftənin son iş günü, 19 noyabra hərraca 10 milyon ABŞ dolları dəyərində olan istiqrazlarını çıxarır və istiqrazlar 3 il müddətinə 5% illik ödənişlə təklif edilir. Havadaşıyıcısı fond bazarında 25 milyon dollarlıq faizli borc cəlb etmək istəyirdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT