Türkiyədə mənzil qiymətlərində rekord - ARTIM

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyə Mərkəzi Bankının (TCMB) 2021-ci ilin Sentyabr ayına dair açıqladığı Mənzil Qiymətləri İndeksi əmlak sektorunda rekord qiymət artımlarının davam etdiyini ortaya qoyub.

İndex.az xəbər verir ki, qiymətlər sentyabr ayında avqust ayı ilə müqayisədə 3,2%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 35,51% yüksəlib. İllik artım nisbəti yeni rekorddur.

Yeni mənzillərdə illik artım 43,5 səviyyəsinə qədər yüksəlib. Köhnə mənzillərdə qiymət artımı 33,9% təşkil edib. Sentyabrda mənzil qiymətlərində inflyasiya xaric artım isə 13,3% olub.

Digər tərəfdən, sentyabr ayında Türkiyədə mənzilin orta hesabla kvadrat metr qiyməti ilk dəfə 5 min lirəni aşıb. Orta qiymət İstanbulda 7 min 500 lirəni keçib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT