“Volkswagen” yeni krossoverini təqdim edib - FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Alman istehsalçısı “Volkswagen” yeni yığcam və çox populyar “T-Roc” yolsuzluq avtomobilinin xüsusiyyətlərini açıqlayıb. Qeyd edildiyi kimi, krossoverin xarici görünüşü, texniki imkanları, o cümlədən qiyməti dəyişib.


İndex.az xəbər verir ki, ümumilikdə şirkət üç model təqdim edib: “T-Roc”, “T-Roc R” və “Convertible”. Bundan əlavə, indiki rəng sxeminə yeni çalalar əlavə olunub. Alıcı 17 və 19 düym ölçülü təkərlər arasında seçim edə biləcək.

“T-Roc”un içərisində yenilənmiş çoxfunksiyalı sükan, böyüdülmüş mərkəzi sensorlu ekran və alətlər klasterinin displey yer alacaq. Şirkətdən verilən məlumata görə, avtomobilin baqajı 445 litrə qədər artırılacaq.

Avropada “T-Roc” 5 müxtəlif turbomühərrik alacaq: 110/150/190 at gücündə 1.0/1.5/2.0 litrlik və 115/150 at gücündə iki litrlik. İstehsalçının vəd etdiyi kimi, yeni mühərriklər eyni anda həm güclü, həm də qənaətcildir.




Mənbə - www.banker.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT