İcmal büdcəsində ÜDM-in 1,8%-i qədər kəsir yaranacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozlarına görə, bu ilin sonunda Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 1,8%-nə bərabər olacaq.

İndex.az xəbər verir ki, bu barədə AYİB-in Azərbaycan iqtisadiyyatı üzrə qısamüddətli proqnozlarında deyilir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsində 3,563 mlrd. manatlıq və ya ÜDM-in 5,7%-inə bərabər profisit yaranıb. 2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-inə bərabər olub.

Azərbaycanın icmal büdcəsi üzrə layihəsinə görə, gələn il icmal büdcənin kəsiri 5,229 mlrd. manat və ya proqnozlaşdırılan ÜDM-in 6%-nə bərabər olacaq.

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır.


Mənbə - www.APA.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT