“Mazda” yeni krossoverini təqdim etdi - FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Mazda” şirkəti yeni “CX-50” krossoverini təqdim edib.


İndex.az xəbər verir ki, şirkətin nümayəndələrinin verdiyi məlumata görə, bu avtomobil markanın “yolsuzluq” modellərindən biri olacaq.

Salon və kuzovun dizaynı müasir “Mazda” üslubunda hazırlanıb. İlk olaraq bazara 2.5 litrlik benzin mühərrikli versiyalar çıxacaq. Bildirildiyi kimi, mühərrik 6 pilləli avtomatik transmissiya və “Mi-Drive” rejimi ilə təchiz ediləcək.

“Mazda CX-50” avtomobilinin istehsalı ABŞ-da “Mazda-Toyota Manufacturing” zavodunda işə salınacaq. Krossover 2022-ci ildə satışa çıxacaq.







Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT