1100-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 579 işəgötürən (o cümlədən 306-ı dövlət, 273-ü özəl) qoşularaq 3472 vakansiya təqdim edib.

İndex.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə,“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1103 nəfər (171 şəhid ailəsi üzvü və 932 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT