Samir Şərifov: "Dövlət Neft Fondunun aktivlərinin artmasına zəmin yaranıb"

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Sosial-iqtisadi baxımdan kifayət qədər ağır keçən 2020-ci ildən sonra 2021-ci ildə koronavirus (COVİD-19) pandemiyasının sarsıntılarını qismən geridə qoyan ölkəmiz hazırda inamlı artım templəri nümayiş etdirir".

İndex.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu ilin sonunda ölkənin pandemiyadan əvvəlki Ümumi Daxili Məhsulu (ÜDM) tam bərpa olunacaq: "Bu isə 2022-ci ildə iqtisadi inkişafın, əhəmiyyətli maliyyə imkanlarının yaranacağı qənaətini möhkəmləndirir. Bu ilin 9 ayında ölkənin ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,8%, qeyri-nefti sektoru isə 6,2% artıb. Xarici ticarət dövriyyəmizin dəyəri isə illik müqayisədə 30%-ə qədər artaraq 20,1 milyard ABŞ dollarına çatıb. Nəticədə xarici ticarətdə 5,1 milyard dollarlıq müsbət saldo əldə edilib”.

Nazir həmçinin bildirib ki, bu ilin 9 ayında vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları üzrə proqnoz müvafiq olaraq 20,2% və 12,4% artıq icra edilib. Bu isə müvafiq olaraq 1 milyard 67 milyon manat və 320 milyon manat əlavə vəsait deməkdir. Xam neftin satış qiymətinin proqnoza nisbətən əhəmiyyətli artımı hesabına dövlət büdcəsinin gəlirləri ilə yanaşı Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin də artmasına zəmin yaranıb.

9 ayda dövlət büdcəsinin kəsiri 839 milyon manat proqnozlaşsa da, faktiki olaraq 160 milyon manat qalıq yaranıb. Bu ili sonuna büdcə gəlirlərinin təsdiq olunmuş göstəriciyə nisbətən 6% və yaxud 1,5 milyard manat çox, büdcə xərcləri isə 5% və yaxud 1,2 milyard manat az icra olunacağı proqnozlaşdırılır. Bu isə ARDNF-dən büdcəyə nəzərdə tutulan transfertin tam istifadə olunmayacağını deməyə əsas verir".

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT