Yüksək Texnologiyalar Parkına bir ildə 14 milyon manat cəlb olunub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Son bir ili əhatə edən dövr ərzində Yüksək Texnologiyalar Parkında (YT Park) görülən işlərin nəticəsi olaraq, Parka ümumi investisiya məbləği 14 milyon manat olan 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil İndustry” MMC cəlb edilib.

İndex.az YT Park-a istinadən xəbər verir ki, ümumi tikinti sahəsi 31 000 m² olan 6 rezident müəssisədə 162 yeni iş yerinin açılması planlaşdırılır. Hazırda Texnoparkda ümumilikdə 12 rezident, biznes inkubasiya fəaliyyəti üzrə isə 4 rezident fəaliyyət göstərir.

YT Park-ın yaydığı məlumatda bildirilir ki, Texnoparkda orta aylıq əmək haqqının 20 faizədək artırılıb və Baş plan layihəsinə uyğun olaraq, park ərazisində yerləşən 600 kv metr sahəsi olan istismar dövrü bitmiş köhnə tikilinin tam əsaslı təmiri aparılıb. Həmçinin istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətləri yenilənib, yanğın əleyhinə su kəmərləri sistemi çəkilib və hidrantlar quraşdırılıb, perimeter üzrə elektrik xətləri yenilənib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT