“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” uzun müddətdir müştərilərə məşhur Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsullar satır.
Bu məhsulların arasında paltaryuyan, soyuducu, mobil telefon, kondisioner, kombi və digər məişət texnikaları var.

İndex.az xəbər verir ki, “Kontakt Home”un rəsmi veb-səhifəsində “Hoffman” (əslində brendin orjinal adının sonunda 2 “n” hərfi olmalıdı –red.) brendinin texnoloji avadanlıqlar istehsal edən Almaniya mənşəli brend olduğu qeyd olunub.

“Kontakt Home”un məlumatında qeyd olunur ki, məhsullarında daha çox müştəri məmnuniyyəti və keyfiyyətə önəm verən “Hoffman” brendi bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilir.

Maraqlıdır ki, “Kontakt Home”un “Hoffmann” adı ilə müştərilərə təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmır. “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.

“Dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var...
“Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.


Bu veb-saytın “Haqqımızda” bölməsində qeyd olunur ki, “Hoffmann” yüksək səviyyəli məişət texnikası istehsalçısı kimi bütün dünyada məşhur olan beynəlxalq şirkətdir.
Amma çox qəribədir ki, həmin saytda “bütün dünyada məşhur olan beynəlxalq şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var. Yeganə əlaqə vasitəsi e-mail ünvanıdır ki, bu da aktiv deyil. “Bütün dünyada məşhur olan beynəlxalq şirkətin” “info@hoffmann-electric.com” adlı ünvanına məktub göndərmək belə mümkün deyil.
“Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların yer aldığı yeganə veb-sayt - “hoffmann-electric.com”-un qeyd olunduğu “Hoffmann Electronics” adlı “Vikipedia” səhifəsi var və bu səhifə cəmi bir il əvvəl qurulub.


Yeniavaz

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT