"Lada" avtomobilləri il ərzində 9-12% bahalaşıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyanın "AvtoVAZ" şirkətinin istehsal etdiyi avtomobillər il ərzində modeldən asılı olaraq 9-12% bahalaşıb.

İndex.az "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Yüksək Texnologiyalı Sənaye Məhsullarının İnkişafı, İstehsalı və İxracının Təşviqi üzrə Dövlət Korporasiyasının ("Rostex") rəhbəri Sergey Çemezov bildirib.

Avtomobillərin qiymətinin artmasının səbəbləri arasında o, demək olar, bütün xammalın – polad, plastik, metal və elektron komponentlərin bahalaşmasını qeyd edib.

"Biz bütün modellərin qiymətini bir anda artıra bilmərik, çünki o zaman rəqabətsiz olacağıq", - Çemezov qeyd edib.

O həmçinin əlavə edib ki, "AvtoVAZ"ın qiymət siyasəti rəqiblərin, məsələn, "Hyundai" və ya "Kia"nın qiymətləri nə qədər artırmasına əsaslanır.

Xatırladaq ki, "Alliance Rostec Auto"da "Rostex" 32,39%, "Renault" isə 67,61% paya sahibdir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT