Türkiyənin büdcəsində kəsir yaranıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, 2021-ci ilin oktyabr ayıda dövlət büdcəsinin kəsiri 17,4 milyard Türk Lirəsi (TL) təşkil edib. Sentyabr ayında büdcə kəsiri 24 milyard TL olmuşdu. Beləliklə, Avqust ayında büdcədə artıqlıq (profisit) yarandıqdan sonra Sentyabr və Oktyabrda kəsir baş verib.

İndex.az xəbər verir ki, 2021-ci ilin Oktyabr ayında büdcə xərcləri 131,4 milyard TL, büdcə gəlirləri 114 milyard TL olaraq reallaşıb. Faiz xaric büdcə xərcləri 117 milyard TL, faiz xaric kəsir isə 3,1 milyard TL təşkil edib.

Bu ilin yanvar-oktyabr dövründə Türkiyə büdcəsinin gəlirləri 1 trilyon 184 milyard 572 milyon lirə, xərcləri isə 1 trilyon 183 milyard 72 milyon lirə təşkil edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT