Son 3 ildə sosial ödənişlər 60% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlər üzrə cəmi xərci 6361 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə büdcə layihəsində məlumat verilib.

2018-ci ilin 1 yanvarı ilə müqayisədə sosial ödənişlər 60 faiz və ya 2392 milyon manat artıb. 2017-2021-ci illərdə pensiya xərcləri 48 faiz, müavinət xərclərində 2,5 dəfə, təqaüd xərclərində 4,4 dəfə, MDSS (məcburi dövlət sosial sığortası) hesabına müavinət xərcləri 32 faiz artıb. Son 3 il 10 ayda minimum pensiya 82 faiz (110 manatdan 200 manata), orta aylıq pensiya 60 faiz (208 manatdan 331 manata) - yaşa görə pensiya 53 faiz (234 manatdan 358 manata), əlilliyə görə 64 faiz (175 manatdan 287 manata), ABİ-yə (ailə başçısını itirmə) görə pensiya isə 75 faiz artıb (164 manatdan 287 manata).

Həmin dövrdə müavinətin orta məbləği 95 faiz (61 manatdan 119 manata), müavinətin maksimum məbləği 65 faiz (91 manatdan 150 manata), təqaüdün maksimum məbləği 54 faiz (1300 manatdan 2000 manata), ÜDYS (ünvanlı dövlət sosial yardımı) orta məbləği 81 faiz (149 manatdan 279 manata), yaşayış minimumu 26 faiz (155 manatdan 196 manata), ehtiyac meyarı isə 47 faiz (116 manatdan 170 manata) artıb.

Bu il üzrə gəlirlər 5307 milyon manat olub. 2021-ci ilin büdcəsinə münasibətdə 3,1 faiz və ya 161 milyon manat artım var. MDSS haqları üzrə gəlir 4148 milyon manat olub, bu, 2021-ci ilin büdcəsinə münasibətdə 18 faiz v ə ya 646 milyon manat artım deməkdir. Büdcə təşkilatları üzrə gəlir 1709 milyon manat olub, bu, 27 faiz və ya 364 milyon manat artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə gəlir 2439 milyon manat olub ki, bu da bu ilin büdcəsinə münasibətdə 13 faiz və ya 282 milyon manat olub. Transfert üzrə gəlir 1146 milyon manat olub ki, bu da müqayisədə 30 faiz və ya 486 milyon manat az deməkdir.

MDSS daxilolmalarının 2021-ci ilin gözlənilən (3850 milyon manat) daxilolmalarına nisbətdə artımı 10 faiz və ya 347 milyon manat çoxdur.

Tranfertin gəlirlərdə payı 2017-ci ildə 38,1 faiz olub, 2022-ci ildə 21,6 faiz olacağı proqnozlaşdırılır. Transfertin gəlirdə payı 16,5 faiz bəndi azalıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT