Xarici ölkələrdə peyvənd olunmayanlar üçün qoyulan - MƏHDUDİYYƏTLƏR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Araşdırma nəticəsində müxtəlif ölkələrin koronavirusa qarşı peyvənd olunmayanlar üçün hansı məhdudiyyətlərin tətbiq etdiyi müəyyən edilib.

İndex.az xəbər verir ki, 2021-ci ilin payızına qədər 14 Avropa ölkəsində peyvənd sertifikatları tətbiq olunub. Vahid elektron UDCC (EU Digital Covid Certificate) sertifikatı 2021-ci il iyulun 1-də Avropa İttifaqında, 2020-ci ildə isə Çində işə salınıb.

Fransa peyvənd olunmamış vətəndaşlara ictimai iaşə obyektlərinə, o cümlədən terraslara, kinoteatrlara, teatrlara, muzeylərə, barlara, bəzi ticarət mərkəzlərinə, şəhərlərarası nəqliyyata, idman və ictimai tədbirlərə getməyi qadağan edib.

Avstriya restoranlara, kafelərə və hətta bərbərxanalara sertifikat olmadan girməyə qadağa qoyub. Eyni zamanda ölkədə peyvənd olunmayanlara 25 nəfərdən çox insanın iştirak etdiyi tədbirlərə qatılmaq, xizək liftlərindən istifadə etmək olmaz.

Avstraliyanın Kvinslend ştatında qonaqların peyvənd sertifikatı olmadığı halda toylar ləğv olunur. Karantin qaydalarının riayət olunmasına polis nəzarət edir. Bundan başqa, 17 dekabr 2020-ci il tarixindən etibarən yalnız peyvənd olunmuş şəxslərin xəstəxanalara, həbsxanalara, sosial mərkəzlərə və tibb müəssisələrinə baş çəkməsinə icazə verilir. Həmçinin Kvinslend ştatında pablar, gecə klubları, hotellər, restoranlar, kafelər və musiqi məkanlarına qoyulan məhdudiyyətlər peyvənd olunan bütün ziyarətçilər üçün ləğv olunub.

Sinqapurda noyabrın 8-dən yalnız peyvənd olunmuş vətəndaşların pulsuz tibb xidmətindən istifadə edə biləcəyi bildirilib. 12 yaşdan kiçik uşaqlar üçün istisnalar mövcuddur.

Çin peyvənd olunmamış ailələrin uşaqlarına məktəbə getməyi qadağan edib. Eyni zamanda hökumət noyabrın 15-dən ölkədə 12-17 yaşlı uşaqların 91%-nin peyvənd olunduğunu, lakin məktəblərin bununla kifayətlənmədiyini açıqlayıb.

Nyu-Yorkda (ABŞ) vətəndaşlara COVID pasportu olmadan ictimai iaşə, kino, teatr, konsert zalları və fitnes mərkəzlərinə getmək qadağandır.



Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT