Bu bankların balans kapitalı azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə balans kapitalı illik müqayisədə az olub.

İndex.az Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Bank Avrasiya” və “Bank BTB” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” və “Access Bank” QSC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “Bank BTB”də (13,9%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (0,3%) qeydə alınıb.

Qalan 21 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Bank of Baku” ASC-də (29,1%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (1,1%) qeydə alınıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT