Bu ölkədə peyvənd olunmayan şəxslər küçəyə çıxa bilməyəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Avstriyada koronavirus vaksini vurdurmayanlar üçün küçəyə çıxma məhdudiyyəti tətbiq ediləcək.

İndex.az xəbər verir ki, bunu ölkənin Baş naziri Aleksandr Çallenberq keçirdiyi brifinqdə açıqlayıb.

Qeyd olunub ki, məhdudiyyət sabahdan qüvvəyə minəcək:

"Sabahdan etibarən 12 yaşdan yuxarı və vaksin vurdurmamış şəxslərin küçəyə çıxmasına məhdudiyyət qoyulacaq".

Baş nazir vətəndaşları peyvənd olunmağa çağırıb:

"Vaksinli şəxslərlə vaksin vurdurmayanlar eyni kateqoriyada dəyərləndirilməyəcək. Görülən tədbirlər vaksinasiyanın təşviq edilməsini hədəfləyir.

Qaydalara riayət olunub-olunmamasına güc strukturları nəzarət edəcək. Tədbirlərə riayət etməyənlərə cəza tətbiq olunacaq".

Brifinqdə qeyd edilib ki, koronavirusun dördüncü dalğası ölkəni təsiri altına alıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT