Bu ölkə yenidən qapanmaya gedir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Niderland hakimiyyəti koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar yenidən qapanma rejimi tətbiq etmək qərarına gəlib.

Index.az xəbər verir ki, bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Mark Rutte bəyan edib.

Ruttenin sözlərinə görə, COVID-19 hadisələrinin sayının artması səbəbindən səhiyyə sisteminə təzyiq yenidən son dərəcə artıb.

“Hər yerdə olan virus güclü zərbə almalıdır”, - deyə baş nazir əlavə edib.

O, həmçinin bildirib ki, karantin üç həftə ərzində, noyabrın 13-dən dekabrın 4-dək tətbiq olunacaq. Dekabrın 3-də hökumətin iclası keçiriləcək və orada karantin rejiminin uzadılıb-uzadılmaması barədə qərar qəbul ediləcək.

Niderlandda 1,5 metrlik sosial məsafəni yenidən tətbiq edəcək. Rutte həmçinin hamıya mümkün olduğu qədər distant fəaliyyət göstərməyi tövsiyə edib. İdman yarışları, o cümlədən futbol yarışları tamaşaçısız keçiriləcək.

İctimai iaşə obyektləri, eləcə də zəruri malların satıldığı mağazalar saat 20:00-dan etibarən bağlanacaq. Qalan məntəqələr isə saat 18:00-da bağlanacaq. Praktiki olaraq yoluxma hallarının olmadığı kinoteatrlar, teatrlar və konsert salonları əvvəlki qaydada işləməyə davam edəcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT