Mərkəzi Bankın uçot dərəcəsi 7,5%-ə qədər artacaq - PROQNOZ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Fitch Ratings” reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 7,5%-ə qədər yüksəldəcəyini gözləyir.

İndex.az xəbər verir ki, bu barədə agentliyin Azərbaycan üzrə yeni hesabatında bildirilib.

“Ərzaq, nəqliyyat və dövlət tərəfindən nəzarət olunan qiymətlərin təzyiqi ilə illik inflyasiya apreldəki 4,3%-dən sentyabrda 8,5%-ə qədər yüksəldi və "Fitch" uçot dərəcəsinin 7,5%-ə artırılacağını və ilin sonunda inflyasiyanın 7,6% səviyyəsində olacağını proqnozlaşdırır”, - hesabatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 29-da AMB uçot dərəcəsini 6,5%-dən 7%-ə, faiz dəhlizinin aşağı həddini 6%-ə, faiz dəhlizinin yuxarı həddini isə 7%-dən 8%-ə yüksəldib.



Mənbə - APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT