Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,1% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu il noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766 593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226 671 say çoxdur.

İndex.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

Cari ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 115,9 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb, daxilolmalar üzrə proqnoz 292,1 mln. manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 1 986,9 mln. manat təşkil edib, proqnoz 113,2% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 107,3 mln. manat olub, proqnoz 108,4% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3% artaraq 79,5 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5% icra edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT