Ərdoğan Əliyevi Ali nişan ilə təltif etdi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İstanbulda keçirilən 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib.

İndex.az xəbər verir ki, nişan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Ali nişan Prezident Əliyevə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xidmətlərinə görə verilib.

Ərdoğan qeyd edib ki, Azərbaycanın ərazilərini işğaldan azad etməsi Türkdilli dövlətlərin əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT