Oktyabrda ərzaq 3% bahalaşıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən isə 110% təşkil edib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayl müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT