Əlillərə mühərrikli arabaların verilməsi - QAYDALARI

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Əlillərə mühərrikli arabaların verilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin nəticəsidir. Əlil arabası, təkərli oturacaqlar yerimə qabiliyyətini itirmiş şəxslərə verilir".

İndex.az xəbər verir ki, bu fikirləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, əlil arabası almaq üçün daha "Forma 88"ə ehtiyac yoxdur: “Mühərrikli araba həm yerimə qabiliyyətini itirmiş şəxslərə, həm də sadə arabaları idarə etmək qabiliyyəti olmayan, yuxarı ətraflarında, qollarında məhdudiyyətlər olan şəxslərə verilir. Əzələ gücünün bir baldan aşağı enməsi, yaxud hərəkət həcmi 10 dərəcədən aşağı şəxslərə də mühərrikli arabalar təyin oluna bilər. Həm adi, həm də mühərrikli arabaların təyini üçün əvvəllər dövlət tibb müəssisələrinin göndərişi, yəni “Forma 88” deyilən sənəd tələb olunurdu. Amma indi nə mühərrikli, nə də sadə araba üçün “Forma 88”ə və ya dövlət tibb müəssisələrinin göndərişinə ehtiyac yoxdur. Şəxs, ya da onun qəyyumu birbaşa ərazi üzrə tibbi sosial ekspert komissiyasına müraciət edir. Tibbi sosial ekspert komissiyaları tərəfindən müayinə olunur və hansı təkərli oturacağa ehtiyac olması ilə bağlı tibbi göstəriş təyin edildikdən sonra həmin məlumatlar elektron sistem üzərindən avtomatik olaraq Protez-Ortopedik Bərpa Mərkəzinə ötürülür. Bundan sonra mərkəz tərəfindən müvafiq əlil arabası ilə təmin edilirlər”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT