SOCAR istiqrazlarının qiyməti 1075 dollara çatıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dövlət Neft Şirkətinin (SOCAR) noyabrın 2-də təkrar bazar əməliyyatlarına start verilmiş, nominal dəyəri 1 000 ABŞ dolları təşkil edən yeni istiqrazları "Bakı Fond Birjası" QSC-də 1 075 dollara qədər bahalaşıb.

İndex.az bu barədə "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, artıq həmin qiymətdən satış əməliyyatları artıq baş tutub. Xatırladaq ki, SOCAR-ın ilk İstiqrazlarının 5 illik tədavül müddəti ərzində müvafiq göstərici maksimum 1050 dollar təşkil edib.

İstiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, gəlirli və etibarlı maliyyə aləti olması da investorların maraqlarına cavab verən digər mühüm faktorlardır.

İllik 4.5% gəlir gətirən, faiz gəlirləri hər 3 aydan bir ödənilən və 5 illik müddətə buraxılmış yeni SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

100 milyon dollar həcmində buraxılmış bu istiqrazlara tələb abunə yazılışı dövründə 380 milyon dollardan artıq olub.

Azərbaycan kapital bazarlarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi 1 fevral 2022-ci ildə baş tutacaq. 2026-cı ilə qədər tədavül müddəti davam edəcək olan yeni SOCAR İstiqrazları sahiblərinə ümumulikdə 22,5 milyon dollar gəlir qazandıracaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT