Nazir: “Azərbaycanda elektrik mühərrikli avtobuslara keçid məntiqli olar”

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Elektrik mühərriki ilə çalışan avtobuslara keçid məntiqli yanaşma olar”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, Azərbaycanda da bu, tətbiq edilə bilər: “Ancaq bu gün bu sahədə çalışan xeyli işçi var. Bu məsələyə də biz həssaslıqla yanaşmalıyıq. İkincisi, elektrik mühərrikli avtobuslara keçid o qədər də asan məsələ deyil. Avropada bu gün bununla bağlı çox çıxış olsa da, hələ tam tətbiq edənlərin sayı azdır”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT