“Instagram”a yeni funksiya gələcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Instagram” sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

İndex.az xəbər verir ki, bu barədə xidmətin rəhbəri Adam Mosseri “Twitter” səhifəsində məlumat verib.

“Bu həftə biz “Take a break” (“Fasilə et”) funksiyasını sınaqdan keçirməyə başladıq. Bu opsiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün tətbiqdə xatırlatma almağa imkan verəcək”, - deyə mesajda bildirilir.

Planlaşdırılır ki, sınaq uğurlu olarsa, artıq dekabr ayında funksiyadan istifadə etmək mümkün olacaq. Qeyd olunur ki, belə fürsət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT