ABŞ-da 2035-cü ildən benzin və dizel avtomobilləri satılmayacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2035-ci ilə ABŞ-da daxili yanacaq mühərrikli avtomobillərin satışına qadağa quvvəyə minəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Qlazqoda keçirilən iqlim konfransı (COP26) çərçivəsində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri deyib.

Onun sözlərinə görə, 2030-cu ilə kimi ABŞ bazarında satılan avtomobillərin 50 %-i, 2035-ci ilə kimi isə 100 %-i elektromobil olacaq: "Ford” və “General Motors” kimi şirkətlər artıq bunun altından imza atıb. Digər avtomobil istehsalçısı “Stellantis” də elektrikli avtomobillərin satışını artırmaq istəyir. Lakin şirkətlərin nümayəndələri bəyan edir ki, belə iddialı planın həyata keçirilməsi ancaq istehlak tələbi, həmçinin infrastrukturun inkişafı üçün stimullaşdırıcı tədbirlər şəklində dövlət dəstəyinin olacağı təqdirdə realdır".

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT