“Qazprom”un qaz ixracından əldə etdiyi gəlir ikiqat artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyanın Federal Gömrük Xidmətinin (FCS) materiallarına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında “Gazprom”un qaz ixracından əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 33,26 milyard dollar təşkil edib.

İndex.az xəbər verir ki, hesabat dövründə qaz ixracının fiziki həcmi 9,5 faiz artaraq 156,8 milyard kubmetrə çatıb.

2021-ci ilin sentyabrında “Qazprom” ixracı avqust ayı ilə müqayisədə 8,8% azaldıb – 15,3 milyard kubmetrə qədər. Dəyər ifadəsində ixrac 4,71 milyard dollar təşkil edib (0,7% azalma).

FCS-in məlumatına görə, 2021-ci ilin sentyabr ayında qaz tədarükünün orta ixrac qiyməti 1000 kubmetr üçün 308 dollara yüksəlib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT