Nazir: “Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir”

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”.

İndex.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Cari ildə "Dövlət borcunun idarəedilməsi strategiyası"nın yenilənməsi də nəzərdə tutulur”, - nazir vurğulayıb.

S.Şərifov bildirib ki, Azərbaycan xarici dövlət borcunun azaltmaq niyyətindədir: “Məqsədimiz odur ki, xarici dövlət borcunun xüsusi çəkisini azaldaq, daxili dövlət borcunun xüsusi çəkisini isə artıraq”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT